80 yaşlı kişi keçmiş SSRİ prezidentinin anası ilə yaşadığı sevgi münasibətlərini etiraf edib
SSRİ-nin son prezidenti Mixail Qorbaçovun Gürcüstanda doğma qardaşları üzə çıxıb. Modern.az “Rustavi-2” telekanlının saytına istinadən bildirir ki, Qorbaçovla olan qohumluq əlaqələrini Acariyanın Xixadziri kəndində yaşayan Aleksi Caiyani iddia edib. Aleksi bildirib ki, onların atası Serqo Caiyani 80 yaşında bunu etiraf edib.
Aleksinin sözlərinə görə, atasının otağında həmişə Qorbaçovun porteri asılbmış. Atası bunun səbəbini izah etməkdən həmişə imtina edirmiş. Ölümünə yaxın Serqo oğlunu yanına çağıraraq Qorbaçovun şəklini göstərib və “bu mənim oğlum sənin isə doğma qardaşındır”-deyib.
O zaman Stavropolda rabitə sahəsində çalışan Qorbaçovun anası ilə Serqo Batumidə bulvarda tanış olub. Batumiyə turist kimi gələn Qorbaçovun anası oradakı “obşitel”də qalırmış. Burda da Serqo ilə onun arasında məhəbbət romanı başlayıb. Nəticədə Mixail Qorbaçov dünyaya göz açıb.
Kənddə danışırlar ki, Serqo Caniyani Qorbaçovun anası ilə gizlicə yazışırmış. Kənddə həm də Serqo Ciniayin ilə Mixail Qorbaçovun hədsiz dərəcədə bir-birinə oxşamasından heyrətləniblər.
Aleksi deyib ki, ailə Qorbaçov prezident olduğu zaman “beynəlxalq qalmaqaldan qorxaraq” bu barədə susub.
Modern.az