Modern.az

“Azərbaycanda uşaqlardan müxtəlif cür istıfadə edən mütəşəkkil dəstə var”

 “Azərbaycanda uşaqlardan müxtəlif cür istıfadə edən mütəşəkkil dəstə var”

Ölkə

29 Oktyabr 2009, 13:41

“Hazırda kimsəsiz uşaqlarla bağlı iki böyük layihə həyata keçirilir. Bunlar internatlarda olan uşaqların ailələrə verilməsi və bu uşaqlarla bağlı ünvanlı soaial yardımların ayrılmasıdır”-deyə millət vəkilıi Gülər Əhmədova bildirib. Onun sözlərinə görə, kimsəsiz  uşaqlar əksər vaxtlarda valideynlərin imkansızlığından yaranır. Deputat hesab edir ki, dövlət tərəfindən həyata keçirilən iki böyük layıhə bu sahədə problemlərin həllində mühüm rol oynayacaq.

Modern.az-a açıqlamasında millət vəkili bildirib ki, hazırda ölkəmizdə uşaqlardan müxtəlif şəkildə istıfadə edən mütəşəkkil dəstə var: “Onlar uşaq pornoqrafiyası, uşaq fahişəliyi və uşaqları digər əməyə cəlb etməklə məşğuldurlar. İlk baxışdan bu, Azərbaycanda qorxulu görünmür. Baxın, bütün şadlıq evlərində uşaqlardan müxtəlif cür istifadə edilir, kiçik yaşlı qızlar toylarda rəqqasə qismində görünürlər. Əslində, bu, adi bir şey deyil. Bu qruplar uşaqların belə əməyindən qazanc əldə edirlərsə, sabah onların azyaşlılarla bağlı digər variantlara əl atacaqları da istisna deyil. Kiçik yaşlı qızlara sərxoş adamlar qarşısında göbək rəqsi oynadırlarsa, bununla ilk növbədə qızların abır-həyasını əllərindən alırlar. Aydın məsələdir ki, yaş artdıqca həmin qızlardan başqa məqsədlər üçün istifadə olunacaq. Ona görə də hüquq-mühafizə orqanları bu sahəyə xüsusi diqqət yönəltməlidir”.

Deputat ictimaiyyətin də bu məsələyə etiraz etməsini istəyir: “Cəmiyyətdə hansısa çatışmazlığı yalnız hüquq-mühafizə orqanı həll edə bilməz. Burada insanlar da münasibətlərini bildirməlidirlər. Bu gün toylarda məcburən rəqs edən qızlar, sabah kiminsə həyat yoldaşı, evinin gəlini, anası olacaq. Onları  içkili adamların qarşısında oynatmaq əxlaqımıza nə dərəcədə uyğundur. Bu məsələlərə diqqət yetirmək lazımdır.

İnsanlara müraciət edirəm, 10 yaşında qız bilmədən toylarda abırını itirirsə, böyüyəndən sonra onun utanmadan başqa ışlərələ məşğul olacağı gözləniləndir. Hər kəs buna etiraz etməlidir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?