“AMİP-lə İctimai Palatada cəmləşən partiyalar arasında heç bir problem yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında partiyanın mətbuat və təbliğat katibi Əli Orucov son günlər KİV-də bununla bağlı yayılan məlumatları şərh edərkən bildirib. Onun sözlərinə görə, AMİP Mərkəzi Şurasının sədri Adnan Novruzovun açıqlamaları heç bir halda AMİP-in bu qurumla problemlər olduğu barədə qənaətlərə yol açmır.
“Sadəcə partiya həmişə qərar qəbul edərkən aşağı strukturla, rayon təşkilatları ilə məsləhətləşir. İctimai Palataya daxil olarkən bu edilməyib. Təklif birbaşa Siyasi Şuranın müzakirəsinə çıxarılıb və qərar qəbul edilib. Adnan bəyin açıqlamasında bu məsələyə toxunulub. Bu partiyadaxili məsələdir və həll ediləcək”-deyə Ə.Orucov vurğulayıb.