Modern.az

Fuad Qəhrəmanlı: “Müsavatın qərargahında Əli Kərimlinin otağı olmayıb”

Fuad Qəhrəmanlı: “Müsavatın qərargahında Əli Kərimlinin otağı olmayıb”

Ölkə

3 Fevral 2011, 14:29

AXCP müttəfiqinin qərargahını tərk edib

“AXCP Müsavat qərargahında heç vaxt yerləşməyib ki, ordan da çıxsın”. Bu haqda AXCP- nin sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının qərargaüından çıxmaları ilə bağlı məsələni Modern.az-a şərh edərkən bildirib. O bildirib ki, AXCP-nin Müsavat qərargahında heç zaman daimi yeri olmayıb.

“Parlament seçkiləri zamanı  bizim partiynın qərargahı olmadığı üçün biz seçki prosesi ilə bağlı sadəcə olaraq orada bir otaq götürülmüşdük. Bütün bu deyilənlər doğru deyil. Çünki, biz Müsavat qərargahında daimi yerləşməmişdik”.
AXCP rəsmisi Nurəddin Məmmədli və Həsən Kərimovun mətbuatdakı çıxışlarına toxunaraq vurğulayıb ki, onlar doğru olmayan informasiyalar veriblər. Bunlar həqiqətə uyğun olmayan məlumatlardır.

F.Qəhrəmanlı onu da qeyd edib ki, AXCP sədri Əli Kərimlinin Müsavat binasında kabineti olmayıb. “Əli bəy seçki kompaniyası zamanı vəziyyətlə maraqlanmaq üçün sadəcə bir neçə dəfə ora gəlib”-deyə əlavə edib.

AXCP sədr müavini yeni qərargahla bağlı sualımızı belə cavablandırıb. “Bizim heç bir qərargahımız yoxdur. AXCP-nin qərargahı hakimiyyət tərəfindən zorakılıqla alınıb və indiyədək partiyamız qərargahla təmin olunmayıb”

Mövcud problemlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini deyən F.Qəhrəmanlı bildirib: “Necə olur ki, Yeni Azərbaycan Partiyasının möhtəşəm bir qərargahı olsun, amma aparıcı müxalifət partiyasının isə heç bir yeri olmasın..?”.

AXCP sədrinin müavini bildirib ki, partiya bundan sonra tədbirlərini Müsavatın qərargahında keçirməyəcək.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı