Modern.az

Azərbaycanda orta məktəb müəllimlərinin sayı xeyli azalıb

Azərbaycanda orta məktəb müəllimlərinin sayı xeyli azalıb

Ölkə

4 Fevral 2011, 13:31

Təhsil Nazirliyinin məlumatına görə, son ilər Azərbaycanda orta məktəb müəllimlərinin sayında azalma baş verib. Nazirliyin statistikasına görə, 2008-2009-cu dərs ilində - 163 min 226, 2009-2010-cu dərs ilində 160 min 161, 2010-2011-cu dərs ilində 159 min 461 müəllim qeydə alınıb.

Hazırda ölkədəki 4522 dövlət ümumtəhsil müəssisəsində 1 milyon 321 min 091 şagird oxuyur, həmin müəssisələrdə pedaqoji heyət üzvlərinin sayı 159 min 461 nəfərdir.

2010-2011-ci tədris ilində məktəbəqədər müəssisələrin sayı 1624-dür. Bağçalarda tərbiyə alan uşaqların say 107 min 954 nəfər təşkil edir.

Hazırda ölkə üzrə məktəbəqədər təhsillə əhatə səviyyəsi 16,5 faizdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi