Azərbaycan Liberal Partiyasının lideri Qarabağ və Respublika Uğrunda Hərəkatın yenidən bərpa edilməsi ilə bağlı danışıqlarda iştirak edir
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Qarabağ və Respublika Uğrunda Hərəkatın yenidən dərpa edilməsi ilə bağlı danışıqlarda iştirak edir və təklifi dəstəkləyib. Bu barədə ALP sədri Əvəz Temirxan Modern.az saytına bildirib. O deyib ki, partiya lideri Lalə Şövkət hərəkatının yenidən bərpasına tərəfdardır.
“ALP Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasında əsas təşəbbüskarlardandır”-deyə ALP sədri vurğulayıb.
“Bu gün biz digər partiyalarla birlikdə hərəkatın bərpa prosesi ilə bağlı danışıqlar apardıq və bir sıra məsələləri müzakirələr etdik”-deyən Ə.Temirxan qeyd edib ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın yenidən bərpası ilə bağlı təşəbbüs 4 partiya tərəfindən irəli sürülüb.
Ölkənin hazırki durumunun ağır olduğunu söyləyən Ə.Temirxan bildirib ki, Azərbaycanda tezliklə sosial-iqtisadi partlayış baş verəcək.
“Azərbaycanın hazırki vəziyyəti partlayış təhlükəlidir. Əgər son zamanlar ərəb ölkələrində ağır vəziyyətlə bağlı etiraz edirlərsə, nəzərə almaq lazımdır ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti bu ölkələrdən dəfələrlə ağırdır. Hətta bu müqayisə ediləcək səviyyədə deyil”.
Qeyd edək ki, bir müddət əvvəl Lalə Şövkət İctimai Palataya daxli olmaqdan imtina etmişdi.
Modern.az