Modern.az

Tanınmış vəkili Vəkillər Kollegiyasından çıxardılar

Tanınmış vəkili Vəkillər Kollegiyasından çıxardılar

Ölkə

4 Fevral 2011, 19:53

Tanınmış vəkil Osman Kazımovu Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıblar. Bu barədə "musavat.com"a O.Kazımov özü məlumat verib.

O.Kazımovun sözlərinə görə, Kollegiyanın Rəyasət Heyətinin bugünkü iclasında onu vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb.
Belə ki, O.Kazımovun hüquqlarını müdafiə etdiyi bir vətəndaş Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kamal Talıbov (Ali Məhkəmənin keçmiş sədri Hüseyn Talıbovun oğlu-red.) tərəfindən dindirilərkən onun ifadəsi təhrif edilib. Bu səbəbdən təqsirləndirilən şəxs və vəkil protokolu imzalamaqdan imtina ediblər və bunu qeyd şəklində yazıblar. Müstəntiq bunu müdafiə hüququnu pozma kimi yozub və Vəkillər Kollegiyası tərəfindən Osman Kazımovun cəzalandırılması üçün işə prosessual nəzarəti həyata keçirən baş prokurorun müavini Rüstəm Usubov qarşısında vəsatət qaldırıb. R.Usubov isə bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb.

O.Kazımov deyir ki, bu tamamilə qanunsuz bir hərəkətdir. Çünki Cinayət Prosessual Məcəlləsinin 51.5 maddəsinə görə, prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, yalnız bu barədə protokolda müvafiq qeyd aparılır. Əslində, O.Kazımov bu hərəkəti ilə təqsirlədirilən şəxsi vicdanla müdafiə edib.
Müdafiəçi bildirdi ki, Rəyasət Heyətində bu məsələ daha əvvəl iki dəfə müzakirəyə çıxarılıb: “Hər dəfə də mən sübut etdim ki, bu tamamilə absurd iddiadır. Lakin məndə öncədən məlumat var idi ki, bu, sadəcə siyasi mövqeyimə görə edilən təzyiqdir. Bu, sifariş əsasında qəbul edilən qərardır. Çünki Usubovun təqdimatında göstərilən halların hamısının əsassız olduğunu sübuta yetirmişdim. Amma sonda bu cür qanunsuz qərar qəbul edildi. Hesab edirəm ki, bu rəhbərliyində təmsil olunduğum Müsavat Partiyasına qarşı son zamanlar edilən hücum kampaniyasının tərkib hissəsidir”.

Vəkil söyləyib ki, qanunla Rəyasət Heyətinin qəbul etdiyi qərar məhkəməyə göndərilməlidir: “Yəni məhkəmə bu qərarı təsdiqləməlidir. Hakimin nə qərar verəcəyini deyə bilmərəm, amma mənə bir şey aydındır ki, bu siyasi işdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı