Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında 1975 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 642 nəfər həlak olib, 2104 nəfər yaralanıb. 409-u avtoxuliqanlıq cəzalandırılıb. Qaydaları pozan sürücülərdən isə fantastic məbləğdə cərimə pulu yığılıb.
Doqquz ayda 642 ölüm
Bu ilin doqquz ayı ərzində respublika ərazisində 1975 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 642 nəfər həlak olib, 2104 nəfər yaralanıb. Həlak olanlardan 508-i kişilər, 134-i qadınlar, xəsarət alanlardan isə 1591-i kişilər, 513-ü qadınlardır. Doqquz ayda yol-nəqliyyat hadisələri nəticəsində 67 uşaq və yeniyetmə həlak olub, 194 nəfər yaralanıb. Həlak olanların 36, yaralananların isə 120 nəfəri piyadalardır. Bakı şəhəri ərazisində isə 826 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 236 nəfər həlak olub, 858 nəfər yaralanıb. Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 91,5%-i (1807) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, 42,4%-i (837) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 25,8,1%-i (509) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,6%-i (131) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,2%-i (63) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 38,2%-ni (754) piyadaların vurulması təşkil edib, nəticədə 227 piyada həlak olub, 580-i yaralanıb. 102 hadisə piyadaların təqsiri nəticəsində baş verib. Doqquz ayda respublika ərazisində 12 nəfərin həlak olması və 53 nəfərin yaranlanması ilə nəticələnmiş 63 yol-nəqliyyat hadisəsi bağlı qalıb.
409 avtoxuliqan cəzalandırılıb Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2009-cu ilin 9 ayı ərzində yol polisi əməkdaşları 663 mindən artıq qayda pozuntusu aşkar ediblər. Bunun 15490-ı nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 112375-i sürət həddinin aşılması, 985-i ötmə qaydalarının pozulması, 4746-sı sərnişin daşıma qaydalarının pozulması, 409-u avtoxuliqanlıq, 1798-i şüşələrə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsi faktıdır.
Qaydaların pozulmasına görə 10,1 milyon manat cərimə kəsilib
Yol hərəkəti qaydalarının pozuntusuna görə 79 mindən artıq sürücü yerində cərimələnib, 2399 sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Doqquz ayda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin məbləği 10,1 milyon manatdan artıq təşkil edib, ondan 10 milyon manatın ödənilməsi təmin edilib. 2009-cu ilin doqquz ayı ərzində 15 yolayrıcının svetoforla tənzimlənməsi üçün quraşdırma işləri aparılıb, 2552 yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib. Yanvar-sentyabr ərzində aparılan yoxlamalar nəticəsində 7366-dək avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlandığından müvafiq iinzibati tədbirlər görülüb. 98694 sürücülük vəsiqəsi verilib
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yanvar 59698 avtomobil ilkin qeydiyyata alınıb, 98694 sürücülük vəsiqəsi verilib. Qeydiyyat-imtahan hissələrində vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi və avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 8 nəfər saxlanılaraq təhqiqat orqanlarına təhvil verilib. Bununla yanaşı, axtarışda olan 29 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 359 fakt aşkar olunub, materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Hesabat dövründə yol polisi əməkdaşları tərəfindən 20 ədəd “Kalaşnikov avtomatı”, 8 ədəd müxtəlif tip tapança, 8 ədəd ov tüfəngi, 11 ədəd əl qumbarası, 1 ədəd pulemyot, 5158 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Bundan başqa, axtarışda olan 20 şəxs yaxalanıb.
Adəm