Modern.az

Dövlət Statistika Komitəsindən bahalaşma etirafı...

Dövlət Statistika Komitəsindən bahalaşma etirafı...

Ölkə

5 Fevral 2011, 15:32


Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən 2011-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz bahalaşıb. Bir ay ərzində ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz bahalaşıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,4 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.

“Ötən ay ərzaq məhsullarından düyünün, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pasterizə olunmamış üzlü südün, pendirin, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, çuğundurun, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, siqaretlərin qiymətləri bahalaşıb”-deyə komitədən bildirilib.

Eyni zamanda, yanvar ayı ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Bu məhsullara  əsasən buğda ununun, çörək məhsullarının, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, bananın, göyərtinin, kökün qiymətində qeydə alınıb.
Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən yerli, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində ucuzlaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı