Modern.az

Bu bazar Bakıdakı orta məktəblərdə sınaq imtahanları keçiriləcək

Bu bazar Bakıdakı orta məktəblərdə sınaq imtahanları keçiriləcək

Ölkə

7 Fevral 2011, 11:19

Təhsil Nazirliyi bu həftəsonu ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarına start verəcək. Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, 2011-ci ilin ilk sınaq imtahanları fevralın 13-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 9-cu və 11-ci siniflər üzrə keçiriləcək.

Ümumiyyətlə, bu il orta məktəblər üzrə sınaq imtahanları təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 13 fevralın – 17 aprel aralığında keçiriləcək.

Bakı şəhərinin ardınca, 20 fevral tarixində Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində sınaq imtahanları keçiriləcək.

13 martda Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında,
27 martda Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında,

3 apreldə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında,

10 apreldə Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında,

17 apreldə isə Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında da sənaq imtahanları təşkil olunacaq.

Peşə liseylərində sınaq imtahanları 27 fevral tarixində keçiriləcək.

Nazirlikdən bildirlib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı