Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında fevralın 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 08-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarada qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Fevralın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Lakin fevralın 9-da atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü cənub küləyinin əsməsi, 10-da isə təzyiqin xeyli yüksəlməsi və arabir güclənən xəzri küləyi ilə əvəz olunması gözlənilir. Hava şəraitinin belə təzadlı dəyişkənliyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir.
Modern.az