Modern.az

Qarabağ əlilləri ilə bağlı qanunda dəyişiklik ediləcək

Qarabağ əlilləri ilə bağlı qanunda dəyişiklik ediləcək

Ölkə

7 Fevral 2011, 15:08

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Qarabağ əlilləri ilə bağlı qanunda yeni dəyişiklik ediləcəyini bildirib.
Modern.az saytına açıqlamasında deputat deyib ki, yaxın zamanlarda ediləcək dəyişiklik nəticəsində vəfat edən Qarabağ əlillərinin hüquqları onların ailələrinə veriləcək:

“Bundan əvvəl belə idi: ev növbəsinə dayanan əlil növbəsi çatacaq gündən bir ay əvvəl vəfat edirdisə, avtomatik olaraq onun ailəsi də bu evdən məhrum olurdu. İndi ediləcək dəyişiklik nəticəsində isə bu boşluq aradan qaldırılacaq. Nəticədə ev növbəsində dayanan Qarabağ əlilinin ömrü əlilliyə görə bu növbəni gözləməyə çatmasa, həmin ev onun ailəsinə veriləcək”.

H.Rəcəbli bildirib ki, qanunvericiliyə ediləcək dəyişikliklə bağlı bu təklif Milli Məclisin Sosial siyasət komitəsinin rəhbəri olaraq onun özündən gəlib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı