Modern.az

“Eurovison 2011”in milli finalı barədə yeni məlumat yayıldı

“Eurovison 2011”in milli finalı barədə yeni məlumat yayıldı

Ölkə

9 Fevral 2011, 13:37

“Eurovision-2011” Mahnı Müsabiqəsində  Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də Milli Final konserti keçiriləcək. “Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətində hazırda final mərhələsinə son hazırlıqlar gedir.
Bu barədə Modern.az saytına İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov bildirib.

Finalda 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək konsert 21.00-da başlayacaq. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu dəfəki şouda seyirçilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safuranın, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki  təmsilçisi Senitin, İsveşrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq.

Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq.

Proqramı www.itv.az  və www.eurovision.tv internet səhifələrində də canlı izləmək mümkün olacaq.  

Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək. Final konsertində iştirak dəvətnamə əsasında olacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı