Kəlbəcərdən olan bir qrup məcburi köçkün bir neçə dəfə deputatlığa namizədliyini 123 saylı Kəlbəcər seşki dairəsindən irəli sürmüş İmamverdi Cəfərovu axtarırlar.
Bu barədə Modern.az saytına Bakıda, Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında məskunlaşan köçkünlər məlumat verib. Onlar deyiblər ki, İmamverdi Cəfərov Kələşbəcərdə tanınan bir nəslin nümayəndəsi olsa da, özünü bu səviyyədə apara bilmir:
“Bu adam hər gün müxtəlif qəzet səhifələrinə çıxaraq deputatımız Cavid Qurbanova qarşı qarayaxmalarla məşğul olur. Bilirsiniz, görülən işlərə kölgə salmaq ya fiziki qüsurdur, ya da Allahsızlıq. Bu gün Cavid Qurbanov kəlbəcərlilərə çox kömək edir. İmamverdi Cəfərovun qarnının ağrısı isə başqa şeydir. Bunu bilməyən kəlbəcərli yoxdur. Biz onu axtarırıq və tapan kimi gerçəkliyi başa salacağıq. Bu adam deputatlığa namizəd olub. İndi isə qarayaxmalarla, şantajla məşğuldur. İstəyir ki, şəhid ailələrinə, kimsəsizlərə ayrılan yardımlardan ona da verilsin”.
Növbəti dəfə İmamverdi Cəfərovun qarayaxma və şantajla məşğul olacağı təqdirdə məcburi köçkünlər onu məhkəməyə verəcəklərini də bildiriblər:
“Baxmayaraq ki, bu adam üçün vaxt itirmək günahdır. Amma necə deyərlər, ölünü öz başına qoysan, kəfəni yırtar”-deyə məcburi köçkünlər bildiriblər.
Modern.az