Modern.az

Bu axşam Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi bəlli olacaq (FOTOLAR)

Bu axşam Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi bəlli olacaq (FOTOLAR)

Ölkə

11 Fevral 2011, 14:22

Bu gün axşam saat 21.00-da “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün Milli Final konserti keçiriləcək.
Modern.az-ın məlumatına görə, finalda 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq.
Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu dəfəki şouda seyirçilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safuranın, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki  təmsilçisi Senitin, İsveşrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq.

Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq.

Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək. Final konsertində iştirak dəvətnamə əsasında olacaq.

“Eurovision-2011” beynəlxalq mahnı yarışması gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq.
Yanvarın 17-də Düsseldorfda püşkatma atılıb və yarımfinal qruplarında hansı ölkələrin çıxış edəcəyi məlum olub. Hər yarımfinalda 19 ölkə yarışacaq. Hər qrupdan 10 ölkə finala çıxacaq.

Beləliklə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları mübarizə aparacaq. 

Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək.

İki gün sonra - mayın 14-də final keçiriləcək.  

Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək. 

Milli Seçim turlarının final mərhələsində “Eurovision-2011"ə 1 vəsiqə uğrunda yarışacaq iştirakçılar:

 

İlhamə Qasımova

 

Aynişan Quliyeva

 

İlqarə İbrahimova

 

Eldar Qasımov

 

Nigar Camal

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı