Modern.az

Şah İsmayıl kürddür, yoxsa farsdır..?!

Şah İsmayıl kürddür, yoxsa farsdır..?!

Ölkə

12 Fevral 2011, 14:00

Təəccüblənməyin, arxası da var. Nəinki Şah İsmayıl, hətta  Babək və Koroglu da kürd və ya farsdılar. Novruz bayramı da kürd bayramıdır. Razılaşmayanlar üçün fars alternativi də var...

Başqa  nəyimiz qaldı etnik kökənimiz, dilimiz, dinimiz və mədəniyyətimizə dair. Görək onları kimlər mənimsəyəcək... 

Dövləti, dövlətcilik ənənələri, mədəniyyəti olmayan millətlər, olanlar ücün hər zaman təhlükədir. Mən belə düşünürem. Çünki  bunlara sahib olmaq ücün özlərinə bir tarix uydurmaq məcburiyyətindədirlər. Tarix uydurmanın ən gözəl yolu isə başqalarından ogurlamaqdır.

Şah İsmayılı kürdləşdirib uydurma tarixlərinə yamaq etməyə calışanlar  unutmamalıdır ki,  Şah İsmayılın mənsub oldugu xalq APO aayamalı bir xaini yetişdirə bilməzdi. Mümkün deyil. Şahı yetirən xalq Atatürk kimi, Rəsulzadə kimi övladları ilə davam edərdi və etdi tarix yolculuguna...

Şah İsmayılın nəciblyi, zəngin mənəvi aləmi,  hələ də insanın qəlbini titrədən misraları, dövlətcilik hisləri və qabiliyyəti  onun hansı millətə mənsub olmasını sübut etmirmi?

O türk dilində yazdı - yaratdı, öz ana dili olan türkcəni dövlət dili elan etdi. Bununla da öyünmədi. Öyünüləcək bir sey də yox idi əslində. Çünki o bir Türk idi. Türkün Türk dilində danişmasından daha normal nə ola bilərdi?

Şah İsmayıl bir Azərbaycan türkü kimi öz üzərinə düşəni artıqlaması ilə etdi. Bəs biz nə edirik? Layiqincə sahib çixa bilirikmi Şah İsmayıla və onun irsinə? Ola bilsin ki, Türkiyə cəmiyyətində Şah İsmayılın kürd oldugu iddiası özünə yer tapmasin, amma burası da bir həqiqətdir ki,  Şah İsmayıl orada (dərslik kitablarında belə) İran şahı kimi qəbul olunur...

Türkiyə ictimai fikrində hakim olan bu yanlış fikri dəyişmək ücün nə etmişik? Diaspora təşkilatlarımız nə edib? Oradakı diplomatik korpusumuz nə edib?

Hansı ki, universitetlərdə bu mövzuda konfranslar, diskussiyalar təşkil edə bilərdilər. Anodolu türkcəsində kitablar nəşr oluna bilərdi. Müxtəlif elmi lahiyələr sifariş oluna bilərdi.           
Heç olmasa diaspora təşkilatlarımızın və ya səfirliyimizin təşəbbüsü ilə bir parka, bir küçəyə Şah İsmayılın adı verilərdi.

Orxan Pamukun kitablarnı dilimizə tərcümə edənlər Oktay Əfəndiyevin "Səfəvilər" adlı kitabını Türkiyə türkcəsinə tərcümə edə bilərdilər. Daha nələr etmək olardı...

Türkiyədə bu kimi məsələrlə Türk Tarix Qurumu məşgul olur. Hünəriniz var Osman Qazinin kürd oldugunu və yaxud türk olmadıgını iddia edin. Çox sərt reaksiya ilə uz- uzə qalarsınız və ardınca mövzunu əhatə edən kitablar, araşdırmalar yayımlanar. Belə də olmalıdır. Osman Qazinin ruhu şaddır, bəs Şahın necə?                
Şah İsmayılı kürdləşdirən və ya farslaşdıran bizik əslində. Nə sahib çıxmagı bacarırıq, nə də layiq olmagı... Sahib çixa bilmiriksə Şah İsmayıl kürddür...

Laqeyd yanaşırıqsa Şah İsmayıl farsdır...

Bakıda əyləşib Reha Çamuroglunun kölgəsini qılınclamaq kifayət deyil məncə...

Şah İsmayıl ər meydanında düşmən qılınclayırdı, biz isə bizə böhtan atanların hətta torpaqlarımızı işgal edənlərin gölgəsini qılınclamaqdan uzaga gedə bilmirik. Oddan kül məsələsi..

 Tanrı bizə yar olsun ki, olan-qalan külümüz də tarixin qaranlıqlarına sovrulmamış od ala bilək. İrsimizə layiq olaq... 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı