29 saylı Səbail seçki dairəsindən millət vəkili olan Fuad Muradov öz təşəbbüsü ilə rayonun A.Quliyev küçəsi 5 ünvanında (Dövlət Bayrağı Meydanının yaxınlığında) yerləşən binanın sakinləri ilə görüşüb. Görüşün keçirilməsinin əsas məqsədi həmin binanın sakinlərini narahat edən bəzi məsələlər olub. Belə ki, Dövlət Bayrağı Meydanının ətrafının adadlaşdırılması ilə əlaqədar həmin binanın sökülməsi nəzərdə tutulub. Sakinlər isə hara köçürüləcəkləri, kompensasiya məsələləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Seçiciləri ilə görüşündə millət vəkili Fuad Muradov bildirib ki, bütün məsələlər dövlətin nəzarətindədir. «Bu proses gedir. Amma bütün məsələlərdə sizin hüquqlarınızı qanun çərçivəsində müdafiə edəcəyəm. Heç birininiz hüququ pozulmayacaq». Digər tərəfdən F. Muradov sakinləri müxtəlif şayiələrin yayılmasına yol verməməyə və məsələni problem şəklində şişirtməməyə çağırıb.
|
|
|
|
|
|