Modern.az

Salyana niyə icra başçısı təyin olunmur?

Salyana niyə icra başçısı təyin olunmur?

Ölkə

12 Fevral 2011, 18:33

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisindən sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş qalıb. Məsələ burasındadır ki, 59 saylı Salyan seçki dairəsindən deputat seçilən Əliağa Hüseynov mandat alandan sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxmalı olub.

Qanunvericiliyə görə, icra hakimiyyəti orqanlarında çalışan şəxslər eyni vaxtda deputat ola bilməzlər. Eyni zamanda Mili Məclisin deputatı icra hakimiyyəti orqanında vəzifə tuta bilməz.

General Əliağa Hüseynov da deputat seçiləndən sonra 2 ay müddətində icra hakimiyyətindəki vəzifəsini yerinə yetirib. Qanunla həmin müddətdən sonra deputat seçilən şəxs icra strukturunda çalışa bilməz. Ona görə də elə bu il yanvarın ortalarında Əliağa Hüseynov ərizə yazaraq səlahiyyətlərini icra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynova təhvil verib.

Modern.az saytının məlumatına görə, Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin Etibar Hüseynov icra edir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi nə vaxtadək boş qalacaq?

Adı çəkilən qurumdan Modern.az saytına bu barədə açıqlama verə bilməyəcəklərini və yeni icra başçısını təyin etməyin prezidentin səlahiyyətindəki məsələ olduğnu bildidblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı