Modern.az

Azərbaycanda kiçik çillə sərt üzünü gizlədib

Azərbaycanda kiçik çillə sərt üzünü gizlədib

Ölkə

13 Fevral 2011, 20:45

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimdə qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Modern.az-ın məlumatına görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. Hazırda xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillədir. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Amma müşahidlərə görə, 2011-ci ilin kiçik çilləsi Bakı üçün, eləcə də əksər rayonlarda o qədər sərt keçmir, yalnız dağlıq bölgələrimizdə qışın sərt üzü hiss olunur. Yeri gəlmişkən, inanclara görə, kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi keçirilir. Artıq geridə qalan tarixlərdə qeyd olunmuş bu mərasim xalqın min illik ənənələrində yaşadılır. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı