Modern.az

Sumqayıtda kütləvi dezinfeksiya işləri aparılır

Sumqayıtda kütləvi dezinfeksiya işləri aparılır

Ölkə

3 Noyabr 2009, 10:16

Səhiyyə Nazirliyinin 05.07.2009-cu il tarixli 60 saylı əmrinə əsasən, hazırda Sumqayıt şəhər Dezinfeksiya Stansiyası şəhərdə kütləvi dezinfeksiya işləri aparır. Bu barədə Modern.az-a Sumqayıt şəhər Dezinfeksiya Stansiyasından məlumat verilib.
Belə ki, şəhərdə mövcud olan bütün yataqxanalarda, ümumtəhsil məktəblərində, uşaq məktəbəqədər müəssisələrində  kütləvi dezinfeksiya, dezenseksiya və deratizasiya işlərini həyata keçirir. Bundan əlavə stansiya tərəfindən dezinfeksiyaedici məhlulların qatılığının uyğunluğunu təyin etmək məqsədilə dezinfeksiyaedici məhlul nümunələri kimyəvi təhlildən keçirilir.
Qeyd edək ki, bu ilin 9 ayı ərzində ümumilikdə dеzinfеksiya  kamеrasında 2566 kq yataq və gеyim ləvazimatları zərərsizləşdirilib və kamеra dеzinfеksiyası 71% təşkil еdib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?