Səhiyyə nazirliyinin şöbə müdiri Elmira Əliyeva respublikadakı hamilə qadınların məcburi şəkildə yoxlanılmasını təklif edib. Modern.az xəbər verir ki, bu barədə o, Milli Məclisdə QİÇS-lə bağlı qanun layihəsinin müzakirəsində bildirib. Nazirlik nümayəndəsi bu barədə qanun layihəsinə ayrıca maddə salınmasının vacibliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri ilə bağlı dövlət komitəsinin nümayəndəsi Taliyə İbrahimova da Elmira Əliyevanın təkilifini dəstəklətib: “Bu sənəddə hamilələrin müayinə məsələsi mütləq nəzərə alınmalıdır. Aparılan monitorinqlər göstərir ki, son dövrlər doğulan uşaqların 25 faizindən çoxu yoluxucu xəstəliklərin daşıyıcılarıdır. Ona görə də bu məsələyə xüsusi diqqət vermək lazımdır. Əgər hamilə anada müəyyən xəstəlik aşkarlanarsa, bunu anonim saxlamaq olar. Ancaq problemi bəribaşdan bilmək lazımdır ki, onun qarşısını vaxtında almaq mümkün olsun”.