Modern.az

15 mindən artıq müəllim İKT üzrə treninqlərdə iştirak edib

15 mindən artıq müəllim İKT üzrə treninqlərdə iştirak edib

Ölkə

3 Noyabr 2009, 17:47

"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəblərinin 15 mindən artıq müəllimi təhsildə informasiya-kommunikasiya texnologiyaların tətbiqi üzrə treninqlərdə iştirak edib.

“Mədəd” humanitar ictimai birliyinin direktoru Elbrus Zərbəliyevin sözlərinə görə, ilin sonunadək ümumilikdə 17,1 min müəllimin treninqdən keçməsi planlaşdırılır. Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün mövcud 2 kurrikulum - Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında treninqlər keçilib.
Treninqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan, Lənkəran, Balakən, Zaqatala, Hacıqabul, Sabirabad, Salyan, Kürdəmir, Qəbələ, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Göygöl, Ağstafa, Qazax, Qax, Şəki, Xızı, Xaçmaz, Siyəzən, Quba, Qusar, Neftçala, Cəlilabad, Biləsuvar, Ucar, Saatlı və Ağdaşda üzrə yaradılmış 75 təlim mərkəzində keçirilir.
Qeyd etmək lazımdır ki, Dövlət Proqramı çərçivəsində indiyədək 30 mindən artıq müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdən keçib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?