Modern.az

ARDNŞ-nin baş ofisində qanvermə aksiyası keçirilib

ARDNŞ-nin baş ofisində qanvermə aksiyası keçirilib

Ölkə

4 Noyabr 2009, 18:21

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisinin və Şirkətin Sərmayələr İdarəsinin 100-dən artıq əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilən qanvermə aksiyasında iştirak edib.
Aksiya Elmi-Tədqiqatlar Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun olaraq həyata keçirilib. Modern.az xəbər verir ki, oktyabrın əvvəlindən indiyədək ARDNŞ-nin struktur bölmələrinin 2200-ə qədər əməkdaşı qanvermə kampaniyasında iştirak edib. Növbəti mərhələdə 1500-dən artıq əməkdaşın könüllü olaraq qanverməsi nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı