Modern.az

Köhnə və şəxsi taksilər xəttə buraxılmayacaq

Köhnə və şəxsi taksilər xəttə buraxılmayacaq

Ölkə

3 Sentyabr 2009, 18:02

Uzun müddətdir taksilərdə sayğac quraşdırılması ilə bağlı müzakirələr gedir. “Bakı Sərnişin Nəqliyyatı” MMC – nin mətbuat katibi Samir Həsənov Modern.az-a bildirib ki, bunun nə vaxt reallaşacağı hələ məlum deyil: “Ancaq gələcəkdə taksilərdə sayğac quraşdırılması nəzərdə tutulub və hər kilometraja görə standart gediş haqqı tətbiq olunacaq. Hər halda, bu, bütün sürücülərə şamil olunacaq”.
Taksilər üçün hər kilometraja görə qoyulacaq qiymətlərə gəlincə isə mətbuat katibi bildirib ki, hazırda Tarif Şurası gediş haqqını müəyyənləşdirir. S. Həsənov onu da bildirib ki, şirkətlərlə danışıqlar aparılır və xaricdən özəl taksilərin gətirilməsi nəzərdə tutulub: “Bundan sonra köhnə və şəxsi taksilər xəttə buraxılmayacaq”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?