Modern.az

Köçkünlərin BDU-nun yataqxanasından tezliklə çıxarılması planlaşdırılmır

Köçkünlərin BDU-nun yataqxanasından tezliklə çıxarılması planlaşdırılmır

Ölkə

6 Noyabr 2009, 12:40

Modern.az bir müddət öncə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin  oradan çıxarılaraq başqa yerlərə köçürüləcəyini xəbər vermişdi. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov saytımıza açıqlamasında demişdi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsilə aparılan danışıqlardan sonra tərəflər arasında anlaşma əldə olunub. Həmin anlaşmaya əsasən,  yaxın gələcəkdə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları tikilməli və onlar yeni yaşayış yerlərinə köçürülməlidirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə Modern.az-a deyib ki, sözügedən məsələ hələlik gündəmdə deyil. Yəni hələ nə BDU-nun yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin oradan çıxarılmasına hazırlıq görülür, nə də onlar üçün tikilməli olan yaşayış binalarına müvafiq yer ayrılıb: “Qaçqın və məcburi köçkünlərin BDU-nun yataqxanalarından çıxarılması dövlət proqramına uyğun tərzdə köçürüləcək. Onların tezliklə yataqxanalardan çıxarılması planlaşdırılmır”.

Mətbuat xidmətinin rəhbəri BDU-nun yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin dəqiq sayı barədə məlumat verə bilməyəcəyini də qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?