Modern.az

"İçərişəhər"in qarşısı nə vaxt düzələcək?

"İçərişəhər"in qarşısı nə vaxt düzələcək?

Ölkə

9 Noyabr 2009, 16:57

Yenidənqurmadan sonra 2008-ci il dekabrın 29-da ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilən Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının ərazisində təmir-bərpa işləri qutarmır ki, qurtarmır. Stansiyanın yenidənqurmadan sonra istifadəyə verilən üst vestibül hissəsinin qarşısında bir neçə dəfə təmin işləri aparılıb. Amma hər dəfə yerə döşənən kafellərin ömrü bir-iki ay çəkib. Buna görə də “İçərişəhər”ib qarşısında qopub yerindən oynayan daşların yenidən bərkidilməsi işi tez-tez həyata keçirilir. Sözsüz ki, bütün bunlar yenidənqurma işlərinin keyfiyyətsiz aparıldığını deməyə əsas verir.

Xatırladaq ki, 2008-ci ilin iyul-dekabr aylarında aparılan yenidənqurma işlərinə 15 milyon manat vəsait xərclənib. Bunun 10 milyon manatı yuxarı vestibül, qalanı isə aşağı vestibül yerləşən hissənin sərf olunub. Görülən işlərin keyfiyyətsizliyi yenidənqurma işlərinə yönəldilən vəsaitin təyinatı üzrə düzgün xərcləndiyinə şübhələr oyadır.

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?