Cari ilin oktyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar sahələrinin balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar bir sıra işlər görülüb.
Modern.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 59 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 30-i MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 14-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir. Son olaraq, 41-cı məhəllədə yerləşən 1a və 1 b saylı binaların zirzəmilərində qurudulma işləri aparılıb.