Modern.az

Dünyanın neft ehtiyatları tükənir

Dünyanın neft ehtiyatları tükənir

Ölkə

11 Noyabr 2009, 10:24

Neft rəqəmləri Amerikanın təzyiqi altında şişirdilir. Böyük Britaniyanın "Guardian" qəzetində dərc olunmuş yazıda deyilir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin nümayəndəsi bildirib. O, deyib ki, rəsmi rəqəmlərin əksinə olaraq, dünyanın neft ehtiyatlarının tükənməsinə çox az bir zaman qalıb. Rəsmi bildirib ki, Beynəlxalq Enerji Agentliyi qəsdən neftin tükənməsinin əhəmiyyətini azaldır və bununla da "panika altında neft alışının" qarşısını almaq istəyir.(BBC) Beynəlxalq Enerji agentliyinin yüksək rütbəli rəsmisi iddia edir ki, təşkilatın neftin həcmində azalmaları gizlədərək, yeni neft ehtiyatları tapmaq ehtimallarını şişirtməsində Amerika Birləşmiş Ştatlarının xüsusi rolu var. Bu iddialar təşkilatın bu gün dərc olunan Dünya Enerjisinə Baxış hesabatının dəqiqliyi barədə ciddi suallar qaldırıb. Guardian yazır ki, bu hesabatdan bir çox ölkələr öz enerji və ətraf mühit siyasətlərinin işlənməsində istifadə edirlər. Xüsusən də, hesabatda neft ehtiyatlarına dair ötən ilki rəqəmlərin təkrar olunması suallar yaradıb. Hesabatda deyilir ki, neft istehsalı gündə 83 milyon bareldən 105 milyon barelədək artacaq. Hətta xarici tənqidçilər də bu rəqəmlərin düzgün olmadığı barədə əvvəllər də mübahisə ediblər və bildiriblər ki, dünya neft istehsalında özünün zirvə səviyyəsini artıq keçib. Təşkilatın daxilindən olan və adının çəkilməsini istəməyən rəsmi Guardian qəzetinə deyib ki, Beynəlxalq Enerji Agentliyi 2005-ci ildə neft təchizatının 2030-cu ilədək gündə 120 milyon barelədək artacağını deyirdi. Amma sonradan o bu rəqəmi 116 milyonadək, ötən il isə hətta 105 milyonadək azaltdı. O, deyib ki, gündə 120 milyon barel onsuz da cəfəngiyyat kimi səslənirdi, amma hətta bugünki rəqəm də həqiqətdən uzaqdır və Beynəlxalq Enerji Agentliyi bunu yaxşı bilir. "Təşkilatın daxilində bilirlər lo, neft təchizatını gündə 90-95 milyon barel həcmində saxlamaq, hətta mümkün deyil. Amma onlar qorxurlar ki, rəqəmlər aşağı düşsə maliyyə bazaralarında panika baş qaldıracaq. Amerikalılar da öz neft hökmranlığının başa çatacağından qorxurlar. Çünki bu onların neft resursları üzərində hakimiyyətini sarsıda bilər " Beynəlxalq Enerji Agentliyindən olan daha bir rəsmi Quardiana bildirib ki, dünya artıq neftin zirvə nöqtəsini aşıb və "vəziyyət həqiqətən də çox pisdir". Guardian yazır ki, 2004-cü ildə də belə xəbərdarlıqlar olmuşdu. Fransanın Total şirkətinin keçmiş rəhbəri Kolin Kempbell demişdi ki, əgər real neft rəqəmləri açıqlansaydı, birjalarda təşviş yaşanardı. Beynəlxaql Enerji Agentliyi qəzetə yalnız onu bildirib ki, neftin zirvə nöqtəsi barədə rəqəmlər hər zaman tənqidə məruz qalıb və tənqidçilər bu barədə təşkilatın rəqəmlərini hər zaman sual altına alıblar.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?