2010-cu ildə bu ölkədə kitabxanalara 200 milyon adam gedib
Almanlar kitabxanalara futbol meydanlarından çox gedirlər. Nə qədər inandırıcı olmasa da, amma faktdır. Almaniyada kitabxanalara kinoteatrlar və futbol stadionlarından, hətta muzeylərdən daha həvəslə gedirlər. Əlbəttə, həmişə belə olmayıb. Bu ajiotaj nə ilə izah olunur?
Almaniyada 11 mindən çoxc kitabxana fəaliyyət göstərir. Bunlar elmi, universiutetlərdəki, tarixi- arxiv, bələdiyyə və kənd kitabxanalarıdır. Kitabxanalar ölkənin bütün mədəni maaarif nüəssisələrindən daha çox porulyardır, hər yerdən çox məhz kitabxanalara gedirlər. 2010-cu ildə Almaniyada stadionlara 70 milyon, kinoteatrlara 146 milyon, kitabxanalara isə 200 milyon adam gedib.
Kül üzərindən başlayan dirçəliş...
Nə qədər qəribə səslənsə də, indiki kitabxana bumu Almaniyada bir qəza nəticəsində başlayıb. 2004-cü ildə Neymardakı Anna Amaliya kitabxanasında dəhşətli yanğın baş verir. Almanlar dəhşətə gəlirlər, çünki buradakı 50 min və dəyəri heç nə ilə ölçülə bilməyəcək kitab və əlyazmaları məhv olmuşdu. Daha 60 min nadir nəşrə ciddi zərər dəymişdi. Bu tarixi kitabxananın binasına da yanğın nəticəsində çox güclü ziyan dəymişdi.
Xoşbəxtlikdən, kitabxana kifayət qədər çox tez bərpa olunur. Amma hadisə nəticəsində orijinalı yanan kitabların bərpasına, surətlərinin əldə edilməsinə çox ehtiyac vardı. Eləcə də kitabxananın təmir və yenidənqurulmasına çox böyük miqdarada vəsait tələb olunurdu. Bunun bir hissəsi büdcədən ayrılır, qalanı isə -11 milyon avrodan çox - müxtəlif şirkətin, 20 mindən çox fərdi insanın yardımı ilə yığılır.
Üstündən cəmi üç il keçəndən sonra dəhşətli yanğının izlərini bərpa etmək mümkün olur.
Bir sözlə “kitabxana” sözü internet erasında sanki yaddan çıxarılmağa başlanılmışdı, almanlar isə yenidən kitabxanalara axışmaqla bunun heç də belə olmadığını sübut etdilər. Bu, çox vacibdir, çünki yerli özünüidarəetmə hakimiyyəti öz tabeçiliklərində kitabxanaların fəaliyyətin olduqca diqqətlə yanaşmağa başlamışdılar, büdcədən daha çox pul ayrılırdı.
Məktəblilər və tələbələr üçün pulsuz kitabxana xidməti
Yerli firmalar da kitabxanalara həvəslə vəsait xərcləyirlər. Məsələn, Zyemmerd şəhərciyindəki rayon kitabxanası ildə 380 min avro alır. Bu, vilayətin büdcəsindən və iri fabriklərin yardımları hesabına başa gəlir. Kitabxananın kitab fondu 65 min ədədlə ölçülür, burada kompakt disklər və DVD-lər də var. Kim bu xidmətdən istifadə edirsə, ildə cəmi 12 avro ödəyir, məktəblilər və tələbələr üçünsə kitabxanada xidmət ümumiyyətlə pulsuzdur.
Ölkənin bütün rayonlarında işlər heç də belə yaxşı getmir. Ötən il 20 bələdiyyə kitabxanası bağlanıb. 300-ə qədəri büdcədən verilən dotasiyanın azaldılması ilə barışmağa razılaşıb. Bu ümumilikdə çox böyük göstərici deyil. Almaniya Kitabxanalar İttifaqının sədri Monika Tsuller ona görə gileylənir ki, çox vaxt bütün yeni kitabların və elektron xidmətlər üçün lazım olan pul çatmır. Amma kitabxanalar bunları əldə etmək istəyirlər.
Onun fikrincə, SD və DVD bütünlüklə ölkədə çap olunan kitabların oxunmasına, internet isə tamamilə kitabxanaların populyarlığına təhlükə törətmir. Hətta əksinə, o deyir:
“Adamlar kitabxanalara gəlir, onların çoxu əmindir ki, bura yalnız oxumaq yox, həm də istirahət etmək yeridir”.
Modern.az