Modern.az

İsmət Qayıbovun xatirəsi anılıb

İsmət Qayıbovun xatirəsi anılıb

Ölkə

12 Noyabr 2009, 10:48

Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində şəhərin quruculuğunda və inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Təhsil Şöbəsi və Ağsaqqallar Şurası ilə birgə İsmət Qayıbovun adını daşıyan 1 saylı orta məktəbdə onun xatirəsinə həsr edilmiş mərasim təşkil edilib.
Modern.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Baş İdarəsinin, şəhər Prokurorluğunun, Təhsil Şöbəsinin nümayəndələri, Sumqayıt Bələdiyyəsinin üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Mərasimdə çıxış edənlər qısa zaman ərzində şəhər prokuroru olmuş İsmət Qayıbovu prinsipial, məsuliyyətli, ədalətli, vətənpərvər bir dövlət xadimi kimi xarakterizə ediblər.
Xatırladaq ki, İ.Qayıbov  Azərbaycanın ilk baş prokuroru olub. O, 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonu yaxınlığında, Qarakənd kəndi səmasında bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?