Modern.az

13 min nəfər Azərbaycandan Gürcüstana köçmək istəyir

13 min nəfər Azərbaycandan Gürcüstana köçmək istəyir

Ölkə

12 Noyabr 2009, 15:28

Azərbaycanda yaşayan ahıska türklərinin 30 ailəsi tarixi vətənlərinə-Gürcüstanın Ahıska bölgəsinə köçüb. Daha 13 minə yaxın ahıska türkü Azərbaycandan Gürcüstana köçmək üçün «Vətən» Cəmiyyyətinə müraciət edib. Bu barədə Modern.az saytına Ahıska Türklərinin «Vətən» Cəmiyyətinin sədri İbrahim Burhanov məlumat verib. İ.Burhanov hazırda Ahıska və onun ətrafındakı kəndlərə Azərbaycan və digər ölklərdən olan 62 ailənin köçdüyünü deyib: «Amma onlar imkanlı ahıska türkləridir ki, Gürcüstandan ev alıblar. Digərləri repatriant statusu aldıqdan sonra köçəcəklər».

Qeyd edək ki, Gürcüstan parlamentində «XX əsrin 40-cı illərində Gürcüstandan zorla çıxarılmış şəxslərin repatriasiyası haqqında» qanunun qəbul edilməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ bir nəfər də geriyə dönmə haqqı ala bilməyib. İ.Burhanovun fikrincə, 2010-cu ildə Gürcüstan hökuməti bu statusu ahıskalılara verəcək.

Onu da qeyd edək ki, 350-400 min ahıska türkü dünyanın 11 ölkəsində 4600 yaşayış məntəqəsinə səpələnib. Hazırda Azərbaycan ərazisində 70 min nəfər ahıskalı yaşayır.

 

Lalə MUSAQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?