Modern.az

General-mayor Məhəmməd Əsədovun xatirəsi anılıb

General-mayor Məhəmməd Əsədovun xatirəsi anılıb

Ölkə

13 Noyabr 2009, 10:25

Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində şəhərin quruculuğunda və inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə növbəti mərasim təşkil edilib. Modern.az xəbər verir ki, şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhər Təhsil Şöbəsi və Ağsaqqallar Şurası ilə birgə görkəmli dövlət xadimi, general-mayor Məhəmməd Əsədovun adını daşıyan internat məktəbdə onun xatirəsinə həsr edilmiş mərasim keçirilib. 
Tədbirdə çıxış edənlər 1968-78-ci illərdə şəhərdə məsul vəzifələrdə çalışmış M. Əsədovun fəaliyyəti haqqında danışıb və onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Daha sonra məktəbin şagirdlərinin ifasında Sumqayıt şəhərinə həsr edilmiş şeirlər oxunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!