Modern.az

Sumqayıtda əhalinin 54,7 faizi su sayğacı ilə təmin edilib

Sumqayıtda əhalinin 54,7 faizi su sayğacı ilə təmin edilib

Ölkə

13 Noyabr 2009, 10:31

Sumqayıt şəhərində güzəştsiz əhalinin 54,7 faizi su sayğacı ilə təmin edilib. Bu barədə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib. Müəssisədən verilən məlumata görə cari il ərzində quraşdırılmış su sayğaclarının sayının 10000 ədədə çatdırılacağı nəzərdə tutulur.  Bundan əlavə cari ilin oktyabr ayında şəhərin güzəştsiz əhalisinə 454500 manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 289500 manat dəyərində ödəniş olub ki, bu da 63,7 faiz təşkil edir.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 67622 abunəçi var.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?