Modern.az

Uşaqlarla bağlı Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur

Uşaqlarla bağlı Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur

Ölkə

13 Noyabr 2009, 10:51

Noyabrın 16-17-də Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİSEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkil edəcəyi “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, konfransda vitse-spiker Bahar Buradova və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard iştirak edəcək.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsinə və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş konfransda MDB ölkələrinin yüksək səviyyəli rəsmiləri, deputatları, ədliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə qanunvericilikdə islahatların aparılması, MDB regionunda yuvenal ədliyyənin yaradılmasının beynəlxalq standartlara uyğun olaraq nəzərdən keçirilməsi, zərər çəkmiş və şahidlik üçün yetkinlik yaşına çatmış şəxslərlə bağlı ədliyyə sahəsində qanunvericilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Konfransın yekununda Uşaqlar üçün ədliyyə haqqında Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?