Modern.az

Bakıda avtobus dayanacaqları da dezinfeksiya olunur

Bakıda avtobus dayanacaqları da dezinfeksiya olunur

Ölkə

13 Noyabr 2009, 11:49

“Donuz qripi” (A H1N1) virusunun yayılmasının qarşısını almaq məqsədi ilə bu gündən Bakıda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının qarajında dezinfeksiya işlərinə başlanılıb. Növbə ilə marsrutdan qaraja qayıdan hər bir avtobusun salonu da dezinfeksiya ediləcək.
Modern.az xəbər verir ki, noyabrın 13-dən Bakıda yolların kənarındakı avtobus dayanacaqlarında da dezinfeksiya işlərinə start verilib. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə məxsus yuyucu maşınlarla yeni dayanacaqlar dərmanlı su ilə yuyulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?