Bakı şəhər Dövlət Yol Polis İdarəsi noyabrın 16-dan “Diqqət! Piyada!» adlı təhlükəsizlik həftəsinə başlayıb. DİN Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, təhlükəsizlik həftəsi piyadaların yol-hərəkəti qaydalarına əməl edib-etmədiklərini yoxlamaq məqsədi daşıyır. Aksiya çərçivəsində yol-hərəkət qaydalarını pozan piyadalar inzibati məsuliyyətə cəlb olunacaqlar. Bundan başqa, yol-hərəkət qaydalarını ciddi şəkildə pozan piyadalar xüsusi avadanlıq quraşdırılmış mikroavtobusa mindiriləcək və onlara piyadaların üzləşdiyi qəzalarla bağlı sənədli kadrlar göstəriləcək. Baş Dövlət Yol Polis İdarəsi ümid edir ki, piyadalar kadrlarda yol-hərəkət qaydasını pozması nəticəsində təhükəli hallar yaşayan adamları görüb daha diqqətli olacaqlar.