Modern.az

Qanunsuz ovlanan quşların satıldığı aşkarlanıb

Qanunsuz ovlanan quşların satıldığı aşkarlanıb

Ölkə

17 Noyabr 2009, 12:57

Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekоlоgiya və Təbii Sərvətlər Nazirliyinin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçiriblər.
Modern.az Ekоlоgiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib.
Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib.
Çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlarına tapşırıq verib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?