Modern.az

“Xalq kompüteri” llayihəsinin yeni mərhələsi başlayıb

“Xalq kompüteri” llayihəsinin yeni mərhələsi başlayıb

Ölkə

17 Noyabr 2009, 13:18

Noyabrın 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanın Təhsil Nazirliyi, HP və "Microsoft" şirkətləri ilə birgə həyata keçirdiyi “Xalq kompüteri” pilot layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib. Mətbuat konfransında pilot layihənin nəticələri açıqlanıb, eyni zamanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində müxtəlif peşə sahibləri və tələbələrə geniş imkanlar yaradan “Xalq kompüteri” layihəsinin yeni mərhələsi elan olunub.
Modern.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

“Xalq kompüteri” pilot layihəsi çərçivəsində kompüter əldə edilməsi üçün güzəştli şərtlər Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimlərinə şamil olunub. Onun nəticələrinə görə Azərbaycanın orta ümumtəhsil məktəblərinin 3,5 mindən yuxarı müəllim heyəti güzəştli şərtlərlə müasir kompüterlərə yiyələnmək və internet şəbəkəsinə qoşulmaq imkanı əldə edib.
Layihənin şərtlərinə uyğun olaraq, müəllimlərə "Microsoft" şirkətinin lisenziyalı proqram təminatlı HP şirkətinin istehsalı olan mini-noutlar, noutbuklar və stolüstü kompüterlər təklif edilir. Müəllimlər bütün avadanlıqları 12 ay müddətinə faizsiz kreditlə əldə edə biliblər.
“Xalq kompüteri” çərçivəsində təqdim edilən kompüterlərin məbləği bazar qiymətlərindən 25-40% aşağıdır. Bundan başqa, layihənin iştirakçılarına “Aztelekom.net”dən və “Bakinternet”dən internetə qoşulmaq üçün pulsuz kartlar təqdim olunub. Kompüterlərin tədarükü "Bestcomp Group" şirkəti tərəfindən həyata keçirilib.
Pilot layihəsinin 6 aylıq işinin nəticələrinə görə pedaqoqların layihədə iştirak etmək üçün göstərdikləri yüksək maraq səviyyəsi üzə çıxıb. Ən çox fəallıq Bakı, Salyan və Quba şəhərinin müəllimləri tərəfindən nümayiş etdirilib. Nəticələr müəllimlər arasında informasiya texnologiyalarına olan yüksək tələbatdan, eləcə də layihənin davam etdirilməsi və inkişafı zərurətindən xəbər verir.
Layihənin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların uğurlu əməkdaşlığının, eləcə də dövlət strukturlarının və İKT sektorunun dünyanın aparıcı biznes şirkətləri ilə tərəfdaşlığının təzahürüdür.
“Xalq kompüteri” layihəsinin ikinci mərhələsində iştirakçı dairəsini genişləndirərək layihəyə ali məktəb müəllimləri və tələbələri, həkimlər və digər peşə nümayəndələrinin də cəlb edilməsi planlaşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?