Modern.az

Qanunsuz tikililərə kompensasiya veriləcək

Qanunsuz tikililərə kompensasiya veriləcək

Ölkə

19 Noyabr 2009, 13:08

Noyabrın 19-da Milli Məclisin Aqrar-siyasət komitəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, Aqrar-siyasət komitəsinin sədri Eldar İbrahimov layihənin Prezident Administrasiyasından təqdim olunduğunu deyib. Millət vəkilinin sözlərinə görə, qanun layihəsi 10 fəsil 83 maddədən ibarətdir. Layihənin hazırlanmasında Prezident Administrasiyasının nümayəndələri də iştirak ediblər. Bu qanun layihəsində hansı torpaqların dövlət ehtiyacları üçün alına biləcəyi məsələsinə aydınlıq gətirilib. Sənədə əsasən, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin, o cümlədən magistral neft və qaz kəmərlərinin, kanalizasiya və yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin tətbiq edilməsi, müdafiə və təhlükəsizlik obyektlərinin tikilməsi məqsədilə torpaqlar ehtiyac yarandıqda dövlət tərəfindən alına bilər. Qanun layihəsində göstərilib ki, xüsusi, bələdiyyə və dövlət mülkiyyətindəki, habelə üzərində istifadə və ya icarə hüquqları olan torpaqlar dövlət ehtiyacları üçün geri alına bilər. Layihədə icazəsiz zəbt olunmuş torpaqlar və onların üzərində inşa olunmuş özbaşına tikililərlə də bağlı məsələ qeyd olunub. Belə ki, sənəddə göstərilib ki, qanunsuz zəbt edilən torpaqlar geri alınarkən onun üzərində inşa edilmiş tikilinin sahibinə kompensasiya ödənilə bilər. Belə torpaqların boşaldılması üçün köçürmə və qiymətləndirmə komissiyalarının yaradılması nəzərdə tutulur. Sənədə görə, dövlət ehtiyacı üçün alınan torpaqdakı icazəsiz evlərin sakinlərinə özbaşına tikiliyə görə kompensasiya verilməli və onlar başqa ərazidə yaşayış yeri ilə təmin olunmalıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?