Modern.az

Çantası itən deputat baş prokurora müraciət edəcək

Çantası itən deputat baş prokurora müraciət edəcək

Ölkə

19 Noyabr 2009, 13:48

Noyabr 18-də NATO Parlament Assambleyasının 55-ci sessiyasının iclasından qaydan deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin çantası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında itib. Depurat Bakıya “Bmi” şirkətinin 929-cu reysi ilə qayıdıb.
BAXCP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “VİP” salonunun əməkdaşı çantanın itməsi barədə Qüdrət Həsənquliyevə məlumat verəndən sonra 1 saata qədər gözlədilən BAXCP sədri onun “Bmi” şirkətinin əməkdaşı ilə tezliklə əlaqəsinin yaradılmayacağı təqdirdə mətbuat konfransı keçirəcəyini və Azərbaycan dövlətçiliyini aşağılayan bu hərəkətlər barədə ölkə Prezidentinə müraciət edəcəyini bildirib.
Yalnız bundan sonra “Bmi” şirkətinin Elman adlı nümayəndəsi ilə Qüdrət Həsənquliyev görüşdürülüb. BAXCP sədri baş verənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna müraciət etməyə hazırlaşır.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?