“2006-cı ildə Azərbaycanda uşaq evlərindəki uşaqların sayı 22 min idisə, bu gün həmin rəqəm 15 minə enib”. Modern.az xəbər verir ki, bunu jurnalislərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova Azərbaycan Uşaqlarının I Forumu ilıə bağlı keçirilən mətbuat konfransında deyib. O, qeyd edıb ki, aparılan monitorinqlər zamanı məlum olub ki, bu gün uşaq evlərində olan uşaqların çox az hissəsinin hər iki valideyni yoxdur.
“NUR” Uşaq və Gənclər Birliyinin sədri Sevinc Muradova isə qeyd edib ki, bu gün Azərbaycanda uşaq evlərində olan uşaqların böyük əksəriyyəti fiziki cəhətdən qüsuru olan uşaqlardı: “Ona görə də bu gün bizdəki uşaq evlərində yaşayan uşaqların say məsələsi belə məna verməməlidir ki, bu qədər kimsəsiz uşaq var. Bizdə kimsəsizlərlə bağlı cəmi 5 uşaq evi var. Qalan uşaq evlərindəkilər müəyyən qüsuru olan, valideynlər tərəfindən könüllülük əsasında bu evlərə yerləşdirilən uşaqlardır”.