Hoyabrın 23-də Azərbaycanın 56 rayonundan 250 uşaq Bakıya gətiriləcək. Aşağı yaşı 8, yuxarı yaş həddi 18 olmaqla Bakıya toplaşacaq uşaqlar Azərbaycan Uşaqlarının I Forumunu keçirəcəklər.
“NUR” Uşaq və Gənclər İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə düzənlənəck tədbirdə imkansız, qaçqın və məcburi köçkün, fiziki cəhətdən qüsurlu uşaqlar da iştirak edəcək.
Bu barədə “NUR” Uşaq və Gənclər İctimai Birliyinin keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Sevinc Muradova məlumat verib.
Tədbirin sonunda Uşaqlarının I Forumunun Bəyannaməsi qəbul ediləcək.