Modern.az

Qaçqın qadınlar beynəlxalq kampaniyaya başlayacaq

Qaçqın qadınlar beynəlxalq kampaniyaya başlayacaq

Ölkə

20 Noyabr 2009, 10:44

“Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi istiqamətində ciddi cəhdlərinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Ermənistan yenə də öz destruktivliyi ilə bu məsələni uzatmağa çalışır”. Modern.az saytına açıqlamasında Xankəndindən olan millət vəkili, “Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar Ictimai Birliyinin sədri  Həvva Məmmədova bildirib ki, torpaqlarımızın işğal altında olduğu müddətdə artıq bir nəsil dünyasını dəyişib: “Bu, çox agrılı məqamdır. Özü də bu adamların  hər biri vətən nisgili ilə dünyalarını dəyişiblər. Onların hər biri bütün varlıqları ilə işğal altında olan torpaqlara baglı idilər. Düşünürəm ki, onları itirməklə biz həm də bir qədər Vətənə olan bağlılığı itiririk. Kim nə deyir desin, yaşlı insanlarla gənc nəslin o yerlərə baglılığı eyni deyil”.

Deputat beynəlxalq dünyanın bu məsələdə mövqeyindən də narazıdır: “Bunu təkrarlamağa ehtiyac duymuram. Ancaq beynəlxalq dünyanın diqqətini bu məsələyə çəkmək üçün “Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar Birliyi 2010-cu ildə 7-dən artıq ölkədə böyük bir kampaniyaya başlayacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...