22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Penitensiar Xidmət tərəfindən maraqlı bir tədbir keçirilib.
Belə ki, noyabrın 21-də ciddi rejimli 11 saylı cəzaçəkmə müəssisəsində dustaqlara Ə.Haqverdiyevin “Kimdir müqəssir” əsərinin tamaşası təqdim olunub. Cəzaçəkmə müəssisəsindəki ki dustaqlar tamaşaya qadın məhkumların təqdimatında baxıblar.
Bununla da, Penitensiar Xidmət tarixində qadın məhkumların kişi məhbuslar qarşısında teatr tamaşası ilə çıxışı ənənəsnin əsası qoyulub.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov , Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov və tanınmış aktyor Azər Mirzəyev bildiriblər ki, tamaşa insanları düz yola dəvət edir, öz nəfsinə qul olmamağa çağrır. Ümid etmək olar ki, məhkumlar tamaşaya baxandan sonra öz səhvlərini bir daha götür-qoy edəcəklər. Səhnə əsəri həmçinin onların maarifləndirilməsi üçün də əhəmiyyətli vasitədir.