Modern.az

“Palmali market” də keyfiyyətsiz ərzaq satanlar sırasına düşdü

“Palmali market” də keyfiyyətsiz ərzaq satanlar sırasına düşdü

Ölkə

23 Noyabr 2009, 18:52

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhərinin Nizami rayonunda “Qrand market”də, “Emil market”də, “Xəyal market”də, “Zirvə market”də, “Palmali market”də, “Şirin market”də, “Aydan market”də, “Nazlı market”də, Nərimanov rayonunda “Şirin market”də, “Nailə market”də, “Şəkililər market”də, Mahir Hümmətova məxsus ərzaq mağazasında, Sumqayıt şəhərində Rasim Talıbova məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində “Ağa market”də, “Super Bağman Market”də, Güləfruz Cabbarovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Nazirlik bəyan edib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

“İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” qanunun qüvvəyə mindiyi 17 may 2009-cu il tarixindən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 631 fiziki şəxsə 943,3 min manat cərimə tətbiq olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?