Modern.az

Ayın sonunda Qız qalasının bərpasına başlanılacaq

Ayın sonunda Qız qalasının bərpasına başlanılacaq

Ölkə

24 Noyabr 2009, 11:02

Noyabrın sonunda Qız qalası abidəsinin bərpa olunmasına başlanılacaq. Bu barədə məlumatı Modern.az-a “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri verib. Onun sözlərinə görə, hazırda abidədə konservasiya işləri aparılır: "Konservasiya işlərini Almaniyanın «Remmers» və Avstriyanın «Pumer» şirkətləri həyata keçirir. Birinci konservasiya işləri artıq yekunlaşıb. İkinci konservasiya isə bu ayın sonunda başa çatacaq. Yekun qərar verildikdən sonra bərpa işlərinə başlanılacaq”.

Mətbuat katibi İçərişəhərdə yenidənqurma işlərinin davam etdirildiyini bildirib: “Hazırda İçərişəhərdə təmir-bərpa işləri davam etdirilir. Yenidənqurmanın nə vaxt başa çatacağı məlum deyil”.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?