Modern.az

Bakıda mənzildən 200 min dollar aparan oğrular axtarılır

Bakıda mənzildən 200 min dollar aparan oğrular axtarılır

Ölkə

24 Noyabr 2009, 15:00

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 23-də saat 13.55 radələrində Nəsimi rayonundakı Cavadxan küçəsində yaşayan Qədir Azadlı tanışı Əmir Kərimli ilə birgə yaşadığı evə girərkən iki naməlum şəxs onların arxalarınca zorla mənzilə daxil olub. Naməlum şəxslər ev sahibi və onun qonağını tapança ilə hədələyərək onların əllərini bağlayıb, 200 min dollar və qızıl əşyalarını aparıblar. Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

 

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?