Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları konservləşdirilmiş məhsulların monitorinqini aparırlar. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib ki, monitorinq zamanı konservləşdirilmiş ət, zeytun, tomat, süd, göbələk və digər məhsulların istehsalı, qablaşdırılması, mağazalarda saxlanılma şəraiti yoxlanılır. Əsas diqqət sanitar gigiyenik qaydalara riayət olunması, məhsulun tərkibinin təhlükəsizlik göstəricilərinə yönəlib. Paytaxtda fəaliyyət göstərən mağazalar və istehsal sexlərində aparılan monitorinqlər dekabrın əvvələrinədək davam edəcək