2007-ci ildə Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri zamanı burada əkilən ağac və kollar artıq böyüyüb və məzarlığın görünüşünü dəyişdirib. Amma bu görünüşü yaxşılığa yozmaq mümkün deyil. Çünki vətən və millət yolunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid oğul və qızlarımızın uyuduğu məzarların çoxu yaşıllıqda itib-batır. Şəhidlər xiyabanında ilk dəfn olunanlar 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ hərbi qüvvələri və xüsusi təyinatlılarının Bakıya yeridilməsi nəticəsində həlak olanlardır. Sonralar 1991-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsində şəhid olanların bir qismi də burada dəfn olunublar. Və beləliklə Şəhidlər xiyabanı xalqımızın and yerinə, ziyarətgahına çevrilib. 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparıldı. Həmin işlər çərçivəsində şəhidlərin qəbirüstü daşları, yerə döşənmiş plitələr və üzlük daşları dəyişdirildi. Xiyaban müasir arxitektura standartlarına uyğunlaşdırıldı. Bütün bunlar təqdir olunası işlərdir. Amma Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri zamanı Qarabağ müharibəsi şəhidlərinin məzarları ətrafında ağac və kolların həddindən çox və sıx əkilməsi bu gün həmin qəbirlərin yaşıllıqda itib-batması ilə nəticələnib. İki il ərzində böyüyən ağac və kollar Qarabağ müharibəsi şəhidlərinin məzarlarını görünməz edib.
Qeyd edək ki, rəsmi protokol qaydalarına görə, Bakıya gələn xarici ölkələrin dövlət başçıları, baş nazirlər və digər ali qonaqlar Şəhidlər xiyabanını da ziyarət etməli olurlar. İndi buranın görünüşü elə dəyişib ki, Şəhidlər xiyabanını ziyarət edən xarici qonaqlar ancaq 20 Yanvar şəhidlərinin məzarını görə bilirlər. Yaşıllıqda itib-batan Qarabağ müharibəsi şəhidlərinin qəbirləri görünməz oluğundan əcnəbi qonaqların diqqətindən kənarda qalır. Modern.az
Şəhidlər xiyabanından hazırladığı fotoreportajı təqdim edir.![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|