Modern.az

Azərbaycanda qadın zorakılığı problemi...

Azərbaycanda qadın zorakılığı problemi...

Ölkə

25 Noyabr 2009, 13:19

2

5 noyabr Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günüdür. Modern.az xəbər verir ki, bu gün Bakıda ATƏT-in Bakı Ofisi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə qadınlara qarşı zorakılıq məsələsinə dair konfrans keçirilib. Tədbirdə Azərbaycanda məişət zorakılığı məsələləri müzakirə edilib.

ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel bildirib ki, tədbir Azərbaycanda məişət zorakılığı məsələlərinə dair ictimaiyyətin məlumatlandırılması məqsədi ilə keçirilir: “1981-ci ildə qadın zorakılığının aradan qaldırılmasına dair konvensiya qəbul olunub. Qadın zorakılığı problemi Azərbaycan ictimaiyyətində xüsusi problemlərdən biridir. Məişət zorakılığı qanunu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da parlament və hökumət tərəfindən dəstəklənir. Bu problemi birdəfəlik həll etmək mümkün deyil. Ona görə də məişət zorakılığı qanunun qəbulu mütləqdir”. 

Onun sözlərinə görə, son qərarın parlamentin olmasına baxmayaraq ATƏT bunun qəbul olunması üçün əlindən gələni etməyə hazırdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, sözügedən məsələ Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. Onun sözlərinə görə, ölkəmizdə insan hüquqlarının bərpası üçün istər hüquqi səviyyədə, istərsə də təcrübədə mühüm addımlar atılır.

Daha sonra o, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən danışaraq bildirib ki, bu istiqamətdə mühüm layihələr həyata keçirilir.

H.Hüseynova Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün krizis mərkəzləri yaradılması təşəbbüsünü irəli sürüb: “Mərkəzlər bələdiyyə orqanları, icra hakimiyyətləri və ya QHT tərəfindən də yaradıla bilər. Bu məişət zorakılığı daha çox uşaqların psixologiyasına mənfi təsir edir və uşaqların gələcəyi üçün böyük təhlükə yaradır".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?